Xəbərlər
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.
Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.
Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.
Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.
ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib.
Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar
Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.
Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.
ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.
Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.
Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.
Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.
Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.
Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər
Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.
Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.
Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.
Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.
Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.
Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.
Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.
Yarışlar avqustun 30-dək davam edəcək.
Mingəçevir şəhər İ.Kişiyev adına 17 nömrəli tam orta ümumtəhsil məktəbinin təsərrüfat işləri üzrə direktor müavini Səliqə Abdullayevanın 65 yaşı qeyd olundu.

Mingəçevir şəhər İ.Kişiyev adına 17 nömrəli tam orta ümumtəhsil məktəbinin təsərrüfat işləri üzrə direktor müavini Səliqə Abdullayevanın 65 yaşı qeyd olundu.
15.06.2026 - cı il tarixdə Mingəçevir şəhər İ.Kişiyev adına 17 nömrəli tam orta ümumtəhsil məktəbinin təsərrüfat işləri üzrə direktor müavini Səliqə Abdullayevanın 65 yaşı qeyd olundu.Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Mingəçevir Şəhər Komitəsinin sədri Həqiqət Şahmuradova səmərəli fəaliyyətinə və 65 yaşı olması münasibətilə təbrik etdi, yubiliyarı Fəxri fərman və gül buketi ilə mükafatlandırdı.Məktəb rəhbərliyi və məktəb kollektivi adından Səliqə xanımı təbrik edir, can sağlığı və gözəl günlər arzulayırıq.
ETİHİ Mingəçevir şəhər komitəsinin sədri Həqiqət Şahmuradova Vaqif Ağakişiyev adına 12 nömrəli tam orta ümumtəhsil məktəbinin hərbi müəllimi və idman rəhbəri İbrahimli Namiq Elşən oğlu və qalib gəlmiş şagirdlər ilə görüş keçirmiş, onları “Şahin” hərbi-idman oyunlarında region ikincisi olduqlarına görə təbrik edib

ETİHİ Mingəçevir şəhər komitəsinin sədri Həqiqət Şahmuradova Vaqif Ağakişiyev adına 12 nömrəli tam orta ümumtəhsil məktəbinin hərbi müəllimi və idman rəhbəri İbrahimli Namiq Elşən oğlu və qalib gəlmiş şagirdlər ilə görüş keçirmiş, onları “Şahin” hərbi-idman oyunlarında region ikincisi olduqlarına görə təbrik edib
ETİHİ Mingəçevir şəhər komitəsinin sədri Həqiqət Şahmuradova Vaqif Ağakişiyev adına 12 nömrəli tam orta ümumtəhsil məktəbinin hərbi müəllimi və idman rəhbəri İbrahimli Namiq Elşən oğlu və qalib gəlmiş şagirdlər ilə görüş keçirmiş, onları “Şahin” hərbi-idman oyunlarında region ikincisi olduqlarına görə təbrik edib və “Şahin” hərbi-idman oyunların rəhbəri İbrahimli Namiq Elşən oğlu fəxri fərmanla təltif etmişdir.
Əziz qaliblər! Mingəçevir sərhədlərini aşaraq respublikada ikinci olmaq böyük şücaət və peşəkarlıq tələb edir. Sizin bu tarixi nailiyyətiniz hər birimizi qürurlandırır. “Şahin” hərbi-idman oyunlarında əldə etdiyiniz bu möhtəşəm uğur münasibətilə sizi və komandanızı səmimi qəlbdən təbrik edirəm, gələcək fəaliyyətlərinizdə yeni zirvələr fəth etməyinizi arzulamışdır.
ETİHİ Mingəçevir Şəhər Komitəsi 65 yaşı tamam olmuş V. Ağakişiyev adına 12 nömrəli tam orta ümumtəhsil məktəbinin bir qrup müəllimi üçün yubley tədbirləri keçirib.

ETİHİ Mingəçevir Şəhər Komitəsi 65 yaşı tamam olmuş V. Ağakişiyev adına 12 nömrəli tam orta ümumtəhsil məktəbinin bir qrup müəllimi üçün yubley tədbirləri keçirib.
ETİHİ Mingəçevir Şəhər Komitəsi 65 yaşı tamam olmuş V. Ağakişiyev adına 12 nömrəli tam orta ümumtəhsil məktəbinin bir qrup müəllimi üçün yubley tədbirləri keçirib.Tədbirdə təhsil sahəsindəki uzunmüddətli və səmərəli fəaliyyətlərinə ,gənc nəslin təlim-tərbiyəsində göstərdikləri xidmətlərə görə Quliyeva Kifayət Zülfüqar qızı, Abdullayeva Fərqanə Abdulla qızı, Ağayeva Sevda İmran qızına 65 illik yubleyləri münasibətilə ETİHİ
Mingəçevir Şəhər KomitəsininFəxri Fərmanları və gül buketləri ilə mükafatlandırılıblar.Tədbirdə çıxış edən yubilyar müəllimləri təbrik edərək onlara can sağlığı ,uzun ömür,ailə səadəti və gələcək həyatlarında yeni ugurlar arzulayıblar.yubilyarlar da onlara göstərilən diqqət və qaygıya görə ETİHİ Mingəçevir Şəhər Komitəsinə minnətdarlıqlarını bildiriblər.
ETİHİ Mingəçevir Şəhər Komitəsi 65 yaşı tamam olmuş Mingəçevir şəhər Rüstəm Qəhrəmanov adına 14 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi İsmayılova Bəsti Qamboy qızına yubley tədbiri keçirilib.

ETİHİ Mingəçevir Şəhər Komitəsi 65 yaşı tamam olmuş Mingəçevir şəhər Rüstəm Qəhrəmanov adına 14 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi İsmayılova Bəsti Qamboy qızına yubley tədbiri keçirilib.
ETİHİ Mingəçevir Şəhər Komitəsi 65 yaşı tamam olmuş Mingəçevir şəhər Rüstəm Qəhrəmanov adına 14 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi İsmayılova Bəsti Qamboy qızına yubley tədbiri keçirilib.Tədbirdə təhsil sahəsindəki uzunmüddətli və səmərəli fəaliyyətlərinə ,gənc nəslin təlim-tərbiyəsində göstərdikləri xidmətlərə görə İsmayılova Bəsti Qamboy qızına 65 illik yubleyləri münasibətilə fəxri fərman və gül buketi ilə mükafatlandırılmışdır.
ETİHİ Mingəçevir şəhər komitəsinin üzv təşkilatı 13 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimləri Əhmədova Radə Ehsan qızı, Rzayeva Təranə Əmir qızı ,Quliyeva Kəmalə Həmid qızı səmərəli pedaqoji fəaliyyətinə görə,anadan olmasının 65 yaşı münasibəti ilə ETİHİ Mingəçevir şəhər komitəsinin "Fəxri Fərmanı" və gül dəstəsi ilə mükafatlandırıldı.

ETİHİ Mingəçevir şəhər komitəsinin üzv təşkilatı 13 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimləri Əhmədova Radə Ehsan qızı, Rzayeva Təranə Əmir qızı ,Quliyeva Kəmalə Həmid qızı səmərəli pedaqoji fəaliyyətinə görə,anadan olmasının 65 yaşı münasibəti ilə ETİHİ Mingəçevir şəhər komitəsinin "Fəxri Fərmanı" və gül dəstəsi ilə mükafatlandırıldı.
ETİHİ Mingəçevir şəhər komitəsinin üzv təşkilatı 13 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimləri Əhmədova Radə Ehsan qızı, Rzayeva Təranə Əmir qızı ,Quliyeva Kəmalə Həmid qızı səmərəli pedaqoji fəaliyyətinə görə,anadan olmasının 65 yaşı münasibəti ilə ETİHİ Mingəçevir şəhər komitəsinin "Fəxri Fərmanı" və gül dəstəsi ilə mükafatlandırıldı. Tədbirdə bir qrub məktəbin müəllimləri də iştirak etdi və ürək sözlərini bildirdilər.Müəllimlərə gələçək işlərində ugurlar arzuladıq.Bu cür tədbirin onlara böyük ruh yüksəkliyi verildiyi ,fəaliyyətlərində əlavə həvəs yaratdıgını vurguladılar.Müəllimlərimizin əməyini qiymətləndirmək,onların hörmətini uca tutmaq bizim vəzifəmizdir.
ETİHİ Mingəçevir Şəhər komitəsi Rüstəm Qəhrəmanov adına 14 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi Hacıyeva Kəmalə İmamverdi qızının 65 yaşı tamam olması münasibəti ilə tədbir keçirilib.

ETİHİ Mingəçevir Şəhər komitəsi Rüstəm Qəhrəmanov adına 14 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi Hacıyeva Kəmalə İmamverdi qızının 65 yaşı tamam olması münasibəti ilə tədbir keçirilib.
ETİHİ Mingəçevir Şəhər komitəsi Rüstəm Qəhrəmanov adına 14 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi Hacıyeva Kəmalə İmamverdi qızının 65 yaşı tamam olması münasibəti ilə tədbir keçirilib.Səmərəli pedaqoji fəaliyyətinə görə Hacıyeva Kəmalə İmamverdi qızına ETİHİ Mingəçevir Şəhər komitəsi tərəfindən "Fəxri Fərman", gül buketi və hədiyyə verilmişdir.Tədbirdə məktəbin direktoru, ilk həmkarlar təşkilatının sədri,müəllimlər iştirak edərək bu cür tədbirlərin onlara böyük ruh yüksəkliyi verildiyini,fəaliyyətində əlavə həvəs yaratdıgını vurguladılar.Müəllimlərimizin əməyini qiymətləndirmək onlar üçün qürur hissi hesab etdiklərini vurguladılar.
Mingəçevir şəhərində təqaüddə olan müəllimlərlə görüş keçirilib.

Mingəçevir şəhərində təqaüddə olan müəllimlərlə görüş keçirilib.
Mingəçevir şəhərində təqaüddə olan müəllimlərlə görüş keçirilib.Görüşdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Mingəçevir şəhər komitəsinin sədri iştirak etmişdir.Görüş zamanı təqaüddə olan müəllimlərin hər biri uzun müddət işlədikləri pedaqoji fəaliyyətlərindən xoş təsürratlarından danışmışlar.Həmkarlar komitəsinin sədri müəllimlərə səmimi təbriklərini çatdırdı . Əziz həmkarlarım, sizinlə çalışmaq bizim üçün böyük şərəf idi. Təhsil yolunda göstərdiyiniz peşəkarlıq, zəhmət və şagirdlərə olan sevginiz hər zaman nümunə olacaq. Sizə növbəti həyatınızda cansağlığı və xoşbəxtlik arzu edirik.
Təqaüddə olan müəllimlər xoş sözlərə görə minnətdarlıqlarını bildirdilər və belə tədbirlərin tez-tez keçirilməsini vurğuladılar.
Mingəçevirdə "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" qeyd olundu.

Mingəçevirdə "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" qeyd olundu.
Mingəçevirdə "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" qeyd olundu.
İyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib.Şəhid M.Mirzəyev adına Dostluq parkındakı açıq səhnədə keçirilən tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı ,şəhər rəsmiləri, şəhid ailələrinin və qazilərinin uşaqları, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Mingəçevir Şəhər Komitəsi, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər.
Tədbir öncəsi kitab və rəsmilərdən ibarət sərgi,
məktəblilərin qazandıqları nailiyyətləri əks etdirən təqdimatlarla,
uşaqların asfalt üzərindəki əl işləri,idman yarışlarında qalib olan idmançıların mükafatlarının sərgiləri ilə tanışlıq olub.
Şagirdlər kompozisiyalar təqdim ediblər rəqslər,şeirlər,mahnı çələngləri maraqla qarşılanıb.
Sonda xatirə şəkilləri çəkdirilib.
Təhsil sahəsində uzun illər səmərəli fəaliyyəti, yüksək təşkilatçılıgı, işinə məsuliyyətli yanaşması ilə seçilən Mingəçevir şəhər təhsil sektorunun mühasibi işləyən Məmmədova Pərvanə xanımın 60 illik yubileyi.

Təhsil sahəsində uzun illər səmərəli fəaliyyəti, yüksək təşkilatçılıgı, işinə məsuliyyətli yanaşması ilə seçilən Mingəçevir şəhər təhsil sektorunun mühasibi işləyən Məmmədova Pərvanə xanımın 60 illik yubileyi.
Təhsil sahəsində uzun illər səmərəli fəaliyyəti, yüksək təşkilatçılıgı, işinə məsuliyyətli yanaşması ilə seçilən Mingəçevir şəhər təhsil sektorunun mühasibi işləyən Məmmədova Pərvanə xanımın 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik!İşlədiyi kollektivdə yoldaşlarına, insanlara münasibətdə diqqət və qaygıkeşliyi hər zaman böyük hörmətlə qarşılanır. Elm və Təhsil İİşçiləri Həmkarlar İttifaqı Mingəçevir Şəhər komitəsi adından Pərvanə xanıma möhkəm can saglıgı,uzun ömür,ailə səadəti və gələcək fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!


